Baş direktorun həbs xəbəri yalan çıxdıbackend

Baş direktorun həbs xəbəri yalan çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə sözügedən media qurumu özü məlumat yayıb.

Mediada yayılan məlumatda bildirilirdi ki, 1986-cı il təvəllüdlü Tural Marks oğlu Mamedov Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təhvil verilib. Məlumatda onun CM 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirildiyi bildirilirdi. Həmçinin qeyd olunurdu ki, xəbər Nərimanov RPİ tərəfindən təsdiqlənib.

Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin rəis müavini isə Xalqinfo.az-a açıqlamasında məlumatı təkzib edib.

Tural Mamedov özü bildirib ki, bu yalan, böhtan və təxribat xarakterli bir xəbərdir:

\”Mən neçə illərdir necə axtarışdayam ki, mütəmadi olaraq KİV-də çıxış edirəm və müxtətəlif tədbirlərə, televiziya verlişlərinə dəvət olunuram. Axtarışdayamsa, elə həmin an bir tədbir görərdilər. Onu da qeyd edim ki, mən işə hər gün Nərimanov RPİ-nin yanından keçib gedirəm. Təbiidir ki, burada nəsə anlaşılmazlıq var. Mən özüm bu məsələni araşdıracağam və lazım gələrsə, bu məlumatı araşdırmadan, mənim özümlə əlaqə saxlamadan dərc edənləri məhkəməyə verəcəm\”.

Qeyd edək ki, bu barədə Ölkə.az saytı xəbər yaymışdı.

İnterpress.az