Razi Nurullayevin bu fotosu ölkədə səs-küyə səbəb oldu – FOTObackend

Razi Nurullayevin bu fotosu ölkədə səs-küyə səbəb oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan prezidenti olmaq istəyən namizəd R.Nurullayevin çəkdiyi foto müzakirələrə səbəb olub. Belə ki, onun telefonun arxa kamerası ilə selfi çəkməsi seçicilər tərəfindən gülünc qarşılanıb.

R.Nurullayev güzgü qarşısına keçərək özünün güzgüdəki əksini lentə alıb. Seçicilər onun mobil telefonunun ön kamerası olduğu halda, arxa kamera ilə selfi etməsini qınayıblar.

Məlumat üçün bildirək ki, R.Nurullayevin şəkil çəkmək zövqü ərgən və qlamur qızların və qaqaşların foto-selfi zövqü ilə üst-üstə düşüb. Adətən, bu cür fotoların qlamurkalar tərəfindən şadlıq sarayların foyelərindəki güzgünün qarşısında çəkilməsi geniş yayılıb. Hətta bəzi qlamurkalar üz makiyajlarını tənzimləmək ayaqyoludakı güzgülərdən də istifadə edən zaman güzgüdəki əkslərini çəkib sosial şəbəkədə paylaşırlar.

Qeyd edək ki, R.Nurullayev seçki debatları başlayan gündən maraqlı çıxışları ilə yadda qalıb. Bir neçə gün bundan öncə, onun Pakistan ordusunun və nüvə silahının Azərbaycana gətirilməsini təklif etməsi birmənalı qarşılanmayıb. Ötən gün isə, R.Nurullayev prezident olacağı təqdirdə evdə qalmış xanımların problemlərini həll edəcəyinə dair söz verib. Bununla yanaşı, o, hakimiyyətə gələn kimi Azərbaycanda yeni İslam modelini yaradacağını bildirib.

İnterpress.az

Razi Nurullayevin bu fotosu ölkədə səs-küyə səbəb oldu - FOTO