İnterpress.az xəbər verir ki, bu sözlər “İnter” – “Yuventus” matçında qeydə alınan şübhəli hakim qərarlarına münasibət bildirən “Napoli”nin baş məşqçisi Mauritsio Sarriyə məxsusdu.
İtaliyalı mütəxəssis hər il “Yuventus”un çempion olmasının A Seriyası üçün ağır nəticələnə biləcəyini vurğulayıb: “İngiltərə Premyer Liqasına nəzər salın, orada hər il çempion dəyişir. Azarkeşlərin komandalarına olan sevgisi gündən-günə daha da artır, hamının uğur qazanacaqlarına dair ümidi var. İtaliyada isə hər şey fərqlidi. Biz azarkeşlərimizi itirmək təhlükəsi ilə üz-üzəyik, çünki onlar skudettonu qazanmaq şansı olmayan komandalara azarkeşlik edirlər və fanatlar komandalarının niyə çempion ola bilmədiklərinin səbəbini də çox yaxşı başa düşürlər. Çempionatı bu formada dəyərsizləşdirdikcə varlı klublar da sıradan çıxacaq”.
Qeyd edək ki, İtaliya A Seriyasının XXXV turunda “Yuventus” səfərdə “İnter”ə 3:2 hesabı ilə qalib gələrək, “Fiorentina”ya 3 cavabsız qolla məğlub olan “Napoli” ilə arasındakı xal fərqini 4-ə çatdırıb. (apasport.az)
İnterpress.az