Rusiyanın Solikamsk şəhərində Heydər Əliyevin 95 ci doğum günü qeyd edilir – FOTObackend

Rusiyanın Solikamsk şəhərində Heydər Əliyevin 95 ci doğum günü qeyd edilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu gün Rusiya Federasiyasının Solikamsk şəhərində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş gənclər arasında beynəlxalq Cüdo yarışı keçirilir.

Cüdo yarışına Rusiya, Qazaxıstan, Ukrayna, Azərbaycan, Tacikistan, Özbəkistan və Qırğızıstandan idmançılar qatılıb.

Yarışın təşkilatçısı Solikamskda Azərbaycan Cəmiyyətinin sədri Uğur Əfəndiyev, Solikamsk şəhər rəhbərliyi, Gənclər və idman Departamentidir və Solikamsk şəhər Cüdo Federasiyasıdır.

Qeyd edək ki, turnir Azərbaycan Diasporu İnformasiya Mərkəzinin dəstəyi ilə keçirilir.

Rusiyanın Solikamsk şəhərində Heydər Əliyevin 95 ci doğum günü qeyd edilir - FOTO

İnterpress.az