Bəhram Bağırzadə Bakı meri olmaq istəyir? – VİDEObackend

Bəhram Bağırzadə Bakı meri olmaq istəyir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Bakılı Oğlanlar\” Şən və Hazırcavablar Komandasının (ŞHK) üzvü, şoumen Bəhram Bağırzadə \”CVN\” televiziyasının qonağı olub.

B.Bağırzadə aparıcının ona \”Bakı meri olmaq istərdinizmi?\” sualına qeyri-adi şəkildə cavab verib:

\”Xahiş edirəm, məni qarğış etməyin. Qoyun, mən normal həyat sürüm. Bu, mənim üçün qarğışdır. Mən rahat yaşamaq istəyirəm, rahat nəfəs almaq istəyirəm. Mən \”vayn\” çəkmək istəyirəm, kino çəkmək istəyirəm. Xahiş edirəm, məni qarğış etməyin. Bilirsiniz necədir? Mən ailəmin 4 üzvünü güc-bəla ilə dolandırıram. Mən 3 milyonluq şəhəri necə dolandıraram? Təsəvvür edirsinizmi? Bakı meri vəsifəsində bilirsiniz kim olmalıdır? Birinci növbədə Allahdan qorxan kəs. İkinci növbədə savadlı adam olmalıdır\”.

İnterpress.az