APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN-in bəyanatında bildirilib ki, dünya ölkələrinin qarşı çıxmasına baxmayaraq özünün bütün beynəlxalq siyasi və hüquqi öhdəliklərini tapdalayan ABŞ öhdəliklərini yerinə yetirən İrana qarşı şərtlər irəli sürə bilməz.
“ABŞ rəhbərliyinə tövsiyə edirik ki, ölkələrinin İrana qarşı öncəki illərdəki siyasətlərindən ibrət alsınlar, müdaxiləedici və uğursuz siyasətlərini davam etdirməyə son qoysunlar”, bəyanatda deyilir.
Sənədlə həmçinin İran ona qarşı irəli sürülən bütün ittihamların yalan olduğunu bildirib, ABŞ-ın yeni strategiyasını İranın daxili işinə müdaxilə kimi dəyərləndirib və BMT üzvinə qarşı qanunsuz hədə hesab edib.
“İran qanun çərçivəsində qarşılıq vermə haqqını özü üçün açıq saxlayır”, bəyanatda vurğulanıb.
Qeyd edək ki, bu gün ABŞ dövlət katibi Maykl Pompeo İranla yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb və bildirib ki, rəsmi Tehran siyasətini dəyişməsə, ona qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək.
İnterpress.az