Bu film Rüstəm İbrahimbəyovun 2013-cü ildən başlatdığı “siyasətin” davamıdır – QHT sədribackend

Bu film Rüstəm İbrahimbəyovun 2013-cü ildən başlatdığı “siyasətin” davamıdır – QHT sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Torpaqlarımızı işğal edən ermənini azərbaycanlıdan mədəni səviyyəcə üstün təqdim etmək ən azı əxlaqsızlıqdır”.

Bu sözləri İnterpress.az-a açıqlamasında “XXI Əsrin Qadınları” İctmai Birliyinin sədri Mahirə Əmirhüseynova Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” flminə münasibət bildirərkən deyib.

M.Əmirhüseynova deyib ki, flmdə azərbaycanlı əxlaqına, təbiətnə ssenarist tərəfndən böhtan atılır: “Bu da Rüstəm İbrahimbəyovun baş verən hadisələrə qərəzli mövqeyinin nümayişidir. İnsan hansı həddə qədər rəzil olmalıdır ki, onu sənətkar səviyyəsinə ucaltmış, dünyada tanıtmış ölkəsinə, onun insanlarına bu qədər alçaqcasına böhtan atsın”.

M.Əmirhüseynova qeyd edib ki, Rütəm İbrahimbəyov hələ 2013-cü ildə Azərbaycana qarşı xəyanətkar mövqeyini ortaya qoydu: “Millətin və dövlətin əleyhinə yönəlmiş siyasət həyata keçirən qondarma bir quruma sədr, vahid namizəd olmaq istəyi ilə öz çirkin mövqeyini ortaya qoydu. Bu film də Rüstəm İbrahimbəyovun 2013-cü ildən başlatdığı “siyasətin” davamı sayıla bilər”.

QHT rəhbəri deyib ki, milli hisslərini, milli mənsubiyyətni, milli dəyərlərini, ermənilərin pulu ilə satn alınmış vicdanını, insani keyfyyətlərini itrən, Azərbaycan xalqını daim aşağılamağa çalışan Rüstəm İbrahimbəyov kimi \”məşhur ssenarist\”in ermənilərin millətmizin başına gətrdiyi faciələr heç yadına düşmürr “Azərbaycan xalqını aşağılayan, onun milli hisslərini təhqir edən, cılız siyasi məqsədlər güdən belə bir eybəcər “film”in çəkilməsini qət şəkildə pisləyirəm, xüsusilə qeyd edirəm ki, xalqa dönük olan bir kinodramaturqun bu qədər rəzilliyinə təəccüblənmirəm. Vətənini başqa millətlərin ayağına verən birindən hər şeyi gözləmək mümkündür”.

İnterpress.az