Məhəmməd Salah DÇ-2018-də oynayacağına əmindirbackend

Məhəmməd Salah DÇ-2018-də oynayacağına əmindir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin \”Liverpul\” klubunun və Misir yığma komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının finalında çiynindən aldığı zədədən sonra yenidən yaşıl meydanlara qayıdacağından danışıb.

İnterpress.az “Report”a istinadən verdiyi xəbərə görə, o öz \”Twitter\” hesabında yazıb ki, bütün çətinliklərə baxmayaraq, Rusiyada olacaq:

\”Çox ağır gecə idi, amma mən döyüşçüyəm. Bütün çətinliklərə baxmayaraq, əminəm ki, mənimlə fəxr etməyiniz üçün Rusiyada olacağam. Sizin sevgi və dəstəyiniz mənə ehtiyac duyduğum gücü verəcək\”, – deyə Salah bildirib.

İnterpress.az