Borcu olan 12 nəfər saxlanıldıbackend

Borcu olan 12 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 26-dan 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

İnterpress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 188 cinayət faktı qeydə alınıb, onların da 40-ı “isti izlər”lə açılıb.

Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

İnterpress.az