180 min insan Serxio Ramosun cəzalandırılmasını tələb edirbackend

180 min insan Serxio Ramosun cəzalandırılmasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Change.org\” portalında Çempionlar Liqasının final matçında \”Liverpul\”un yarımmüdafiəçisi Məhəmməd Salaha qəsdən xəsarət yetirdiyinə və simulyasiyaya görə \”Real\”ın müdafiəçisi Serxio Ramosun cəzalandırılması tələbi ilə FİFA və UEFA-ya ünvanlanmış petisiya yerləşdirilib.

İnterpress.az report-a istinadən xəbər verir ki, hazırda petisiyaya 180 mindən çox insan imza atıb.

Final oyununda \”Real\” \”Liverpul\”u 3:1 hesabı ilə məğlub edib. Salah həmin oyunda Ramosla mübarizədən sonra çiynini zədələyərək birinci hissədə meydanı tərk edib.

İnterpress.az