17 yaşlı oğlan ana və atasını qətlə yetirib intihar etdi – DƏHŞƏTLİ AİLƏ DRAMIbackend

17 yaşlı oğlan ana və atasını qətlə yetirib intihar etdi – DƏHŞƏTLİ AİLƏ DRAMI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Türkiyədə baş verib.

Belə ki, 17 yaşlı Mert Ali Doğru ötən gün axşam saatlarında yaşadığı evə gəlib. Onun evə gəldiyi zaman isə valideynləri yatıb.

Bundan istifadə edən 17 yaşlı oğul atasının silahını götürüb valideynlərinin yataq otağına daxil olub və əvvəlcə 47 yaşlı atası Adem Doğrunu, daha sonra isə 42 yaşlı anası Suna Doğrunu silahla atəş açaraq qətlə yetirib.

Valideynlərini qətlə yetirən oğlan daha sonra yaşadıqlarının binanın fasadına çıxaraq özünü də silahla atəş açaraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları gəlib. Həkimlər gələnə qədər hər üç şəxs dünyasını dəyişib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.

İnterpress.az