Mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb.
DİN-dən İnterpress.az-a verilən məlumata görə, Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
İnterpress.az