İnterpress.az xəbər verir ki, yoldaşlıq oyununda İranla qarşılaşan Türkiyə millisi 2:1 hesabı ilə qalib gəlib.
Futbol üzrə Türkiyə yığması yoldaşlıq oyununda İranla qarşılaşıb.
Oyun Başakşehir Fatih Terim stadionunda baş tutub.
Ən maraqlısı odur ki, İran yığmasını dəstəkləmək üçün Türkiyəyə gedən iranlı qadın azarkeşləri diqqəti cəlb edib.
Qadın azarkeşlərin üst geyimlərində hicabın olmaması maraqla qarşılanıb. Açıq-saçıq formada stadionda azarkeşlik edən iranlı qızların fotoları maraqla izlənilib.
İnterpress.az