Ağdam və İsmayıllı sakinlərindən silah-sursat götürülüb.
DİN-dən İnterpress.az-a verilən məlumata görə, İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən Hacıhətəmli kənd sakini Səttarxan Beybutovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.
Həmçinin Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Qalayçılar kənd sakini Elmir Əhmədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 9 ədəd patron götürülüb.
İnterpress.az