Fotolar əlavə olunub
***
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
İnterpress.az -ın əldə etdiyi özəl məlumata görə, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.
Belə ki, rayon sakini Babək Əliyev və onun atası Vəli Əliyev öz həmkəndlisi tərəfindən bıçaqlanıb.
Hadisə nəticəsində V.Əliyevin üz nahiyəsinə bıçaqla xəsarət yetirilib. B.Əliyev isə ağır yaralanaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onları bıçaqlayan şəxsin isə ruhi-əsəb xəstəsi olduğu deyilir.
Hazırda həmin şəxs şübhəli şəxs qismində Cəlilabad rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, V.Əliyevin Cəlilabad Rayon İcra Hakimiyyətinin işçisi olduğu deyilir.
O, rayonda vəzifəli şəxs olmaqla yanaşı iş adamı kimi də tanınır. V.Əliyev Cəlilabad rayonunda biznes fəaliyyəti ilə də məşğuldur.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az