Bakıda iki tələbə qızı səhiyyə müəssisəsinə məxsus avtomobil vurubbackend

Bakıda iki tələbə qızı səhiyyə müəssisəsinə məxsus avtomobil vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İnterpresas.az-ın xəbərinə görə, Şıxlar qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Əkbərli Lalə Təvəkkül qızı və 1993-cü il təvəllüdlü Əlizadə Çinarə Rasim qızı birgə yolu keçərkən onları \”Niva\” markalı avtomobil vurub.

Yaralılar yaxınlıqdakı poliklinikaya aparılıb. Ç.Əlizadənin vəziyyəti ağır olduğundan o, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıblar.

Yaralıların hər ikisi universitet tələbələridir.

İnterpresas.az