Bakıda avtomobildən oğurluq olub.
Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub. Dərhal hadisə yerinə gələn Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mayın 26-dan 29-dək olan müddətdə A.Məhərrəmov küçəsində Ramiz Ramazanova məxsus “Volkswagen” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə mobil telefon, içərisində geyim və ərzaq məhsulları olan 2 ədəd çantanın oğurlandığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfəri qısa müddətdə müəyyən edərək saxlayıblar. Araşdırmalarla onların Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Muxtarov və Abşeron rayon sakini Məhərrəm Süleymanov olduqları məlum olub.
İnterpress.az