Milli Məclisin dövlət büdcəsinə nəzarətinin artırılması təklif olunurbackend

Milli Məclisin dövlət büdcəsinə nəzarətinin artırılması təklif olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda dövlət büdcəsində Milli Məclisinin nəzarətinin artırılması üçün addımlar atılmalıdır\”.

İnterpress.az-ın verdiyi xəbərə görə, bunu Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

O, həmçinin bildirib ki, yerli bankların istehsal sahələrinə kredit verməsi üçün stimullaşdırıcı tədbirləri artırılarsa qeyri-neft sektorunun səmərəliliyini də artırmaq olar. 2017-ci ildə Azərbaycanda neft amilinin rolunun azaldığı qeyd edən deputat bu prosesin davamlı olmasının mümkünlüyünü vurğulayıb.

Digər deputat Siyavuş Novruzov isə bankların verdiyi kreditlərin illik faiz dərəcələrinin hələ də, yüksək olmasına diqqət çəkib: \”Faizlər elə yüksəkdir ki, kiçik və orta sahibkarlıq inkişaf edə bilmir və nəticədə oradan büdcəyə kifayət qədər vəsait gəlmir. Faizlərlə bağlı hansı işlər görülməsi müzakirə olunmalıdır\”.

İnterpress.az