Deputat: “Azərbaycanda təhsil və elm xərcləri olduqca aşağıdır”backend

Deputat: “Azərbaycanda təhsil və elm xərcləri olduqca aşağıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda təhsil və elm xərcləri olduqca aşağıdır.

Interpress.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

\”Azərbaycanın 2017-ci il dövlət büdcəsinin cəmi xərclərinin 0,6%-i elm xərclərinin payına düşüb. Bu da təxminnən 118 mln. manat vəsaitdir. Bu az vəsaitin isə 8 mln. 220 min manatı istifadə olunmayıb. Buna aydınlıq gətirilməldiir. İEÖ-də isə məcmu xərclərin 4%-i elmə ayrılır\”, – deputat deyib.

Q.Həsənquliyevin sözlərinə görə, Azərbaycanda büdcə xərclərinin 10,6%-i təhsil xərclərinin payına düşüb, bu da olduqca azdır: \”Elmə və təhsilə vəsait ayrılmadan ölkənin sürətli inkişafını təmin etmək çətindir\”.

O qeyd edib ki, məktəbəqədər təhsildə problemlər mövcuddur, bu sahə üçün 170 mln. manat ayrılıb və bunun da 17 mln. manat kəsirdir.

O bildirib ki, Azərbaycanda xarici tələbələr hesabına, xüsusilə də İran və Orta Asiyadan tələbələr dəvət etməklə gəlir əldə etmək mümkündür: \”Ancaq bizim univertetlərin yataqxana problemləri var. Bu da buna imkan vermir\”.

Interpress.az