Neftçinin yeni baş məşqçisi əcnəbi olacaq – RƏSMİbackend

Neftçinin yeni baş məşqçisi əcnəbi olacaq – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Neftçi\” futbol komandasının yeni baş məşqçisi əcnəbi olacaq.

Klubun mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, hazırda bir neçə xarici mütəxəssislə danışıqlar aparılır. Flaqman rəsmisi rumıniyalı baş məşqçi Mariuş Şumuditsaya 450 min avro təklif etdiklərinə dair iddiaları təkzib edib: \”Bu, həqiqətdən çox uzaq, uydurma informasiyadır. Biz ona bu qədər məbləğ təklif etməmişik. Mətbuatdan xahiş edirik ki, baş məşqçi məsələləri ilə bağlı klubumuzun mövqeyi öyrənilsin\”.

Qeyd edək ki, \”Neftçi\” klubu bu gün Tərlan Əhmədovu baş məşqçi vəzifəsindən istefaya göndərib. 47 yaşlı mütəxəssislə müqavilə müddəti uzadılmayıb.

İnterpress.az