Şəmkirdə mal-qara oğurlayan keçmiş məhkum saxlanılıbbackend

Şəmkirdə mal-qara oğurlayan keçmiş məhkum saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir sakini oğurladığı 4 baş iribuynuzlu mal-qaranı satmağa aparan zaman saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan İnterpress.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizəilə müraciət edən rayon sakini Kəramət Musayev naməlum şəxs və ya şəxlərin ona məxsus heyvan yatağından ümumi dəyəri 4500 manat olan 4 baş iri buynuzlu mal-qarasının oğurlandığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Mustafayev “Gazel” markalı avtomobillə Goranboy istiqamətində hərəkətdə olarkən saxlanılıb. Baxış zamanı oğurlanan heyvanlar avtomobilin yük hissəsində aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İnterpress.az-a