Sumqayıtda torpaq uçqunu baş verib.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, Sumqayıtda qazıntı işləri aparılan ərazidə bədbəxt hadisə baş verib.
Belə ki, torpaq uçqunu nəticəsində 3 nəfər dağıntıların altında qalıb.
Onlardan ikisinin həyatını xilas etmək mümkün olsada, 1 nəfər – 1986-cı il təbəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az