Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldıbackend

Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İnterpress.az-a verilən məlumata görə daxil olmuş məlumat əsasında Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Nail Hüseynov saxlanılıb.

Polis Şöbəsində onun üzərində şəxsi axtarış zamanı 1,9 qram, yaşadığı evə baxış keçirilən zaman isə 115 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Dindirilmə zamanı onun narkotik vasitəni Balakən rayonu Mahamalar kənd sakini Fərrux Xəlilovdan aldığı məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Xəlilov da şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 10 qram, avtomobilindən 556,6 qram , yaşadığı evə baxış keçirilən zaman isə oradan 345 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İnterpress.az