Sloveniyada növbədənkənar parlament seçkiləri keçirilirbackend

Sloveniyada növbədənkənar parlament seçkiləri keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb (09:00-da Bakı). Səsvermə saat 19:00-da bağlanacaq (21:00 Bakı).

Məlumata görə, ölkə daxilində təxminən 1,7 milyon vətəndaş səsvermə hüququna malikdir. Səsvermə ilə 88 millət vəkili seçiləcək.

Qeyd edək ki, seçkilərin növbədənkənar keçirilməsinə səbəb baş nazir Miro Tseraranın istefası üzündən siyasi böhranın yaranması olub.

İnterpress.az