“Avropa Liqası”nda klublarımızın bütün potensial rəqibləri – SİYAHIbackend

“Avropa Liqası”nda klublarımızın bütün potensial rəqibləri – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yarışa birinci mərhələdən başlayacaq klublarımız “səpələnmişlər” səbətinə düşüb. Bu isə o deməkdir ki, ilk mərhələdə rəqiblərimiz nisbətən zəif komandalar olacaq.

Ümumilikdə “səpələnmişlər” və “səpələnməmişlər” səbəbində hər birində 47 olmaqla ümumilikdə 94 komanda yer alıb. Azərbaycan klublarının potensial rəqibləri aşağıda adları qeyd edilən komandalardır:

«Vаduts» (Lixtenşteyn), «Levadiya» (Estoniya), «Milsami» (Moldova), «Stuarnan» (İslandiya), «Birkirkara» (Malta), «Ferensvaroş» (Macarıstan), «Kliftonvill» (Şimali İrlandiya), «Dunayska Sreda » (Slovakiya), «Buduçnost» (Çernoqoriya), «Şiroki Briyeq» (Bosniya və Herseovina), «Partizani» (Albaniya), «Çixuta» (Gürcüstan), «Zarya» (Moldova), «Petrokub» (Moldova), «Trakai» (Litva), «Lyuftetari» (Albaniya), «Luaçi» (Albaniya), «Vestmannayuar» (İslandiya), «Uypeşt» (Macarıstan), «Hоnved» (Macarıstan), «Liepaya» (Latviya), «Avropa» (Cəbəllütariq), «Torchanv» (Farer adaları), «Şkupi» (Makedoniya), «İlves» (Finlandiya), «KuPS» (Finlandiya), «Laxti» (Finlandiya), «Derri Siti» (İrlandiya), «Şemrok Rovers» (İrlandiya), «Samtredia» (Gürcüstan), «Folqore» (San-Marino), «Riqa» (Latviya), «Trans» (Estoniya), «Stumbras» (Litva), «Bala Taun» (Uels), «OFK» (Çernoqoriya), «Baltsan» (Malta), «Qzira Yunayted » (Malta), «Proqres» (Lüksemburq), «Rasinq Yunion» (Lüksemburq), «Qlenavon» (Şimali İrlandiya), «Kolreyn» (Şimali İrlandiya), «Konna `sKuay» (Uels), «Runavik» (Farer adaları).

Yarışın püşkatması iyunun 19-da təşkil olunacaq. Birinci mərhələsinin oyunları isə iyulun 12-si, cavab görüşləri iyulun 19-u keçiriləcək.

İnterpress.az