Lənkəranda Qarabağ şəhidləri yad edilib, şəhid ailələrinə albomlar təqdim olunub – FOTOLARbackend

Lənkəranda Qarabağ şəhidləri yad edilib, şəhid ailələrinə albomlar təqdim olunub – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yayım” Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cənub bölgəsində Qarabağ şəhidlərinin yad edilməsi ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Şəhid ailələri ilə ikinci görüşünü keçirib.

İnterpress.az xəbər verir ki, bu dəfə görüş Lənkəran rayonununda keçirilib. Belə ki, rayonun şəhid Həsrət Hüseynov adına Çay Fabriki qəsəbə tam orta məktəbində keçirilən görüşdə Şəhid ailə üzvləri, Səfərbərlik üzrə Çağırış İdarəsi Lənkəran rayon Şöbəsinin, Lənkəran Təhsil Şöbəsinin əməkdaşları və ictimayyət nümayəndələri iştirak ediblər.

Görüş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İlk söz alan Həsrət Hüseynov adına Çay Fabriki qəsəbə tam orta məktəbinin direktoru Hüseynxan Bağırov qəsəbə şəhidlərinin anım mərasiminin məktəbdə keçirilməsindən qürur duyduğunu, bu kimi tədbirlərin gənclərin təlim tərbiyyəsində,vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyətini qeyd edib.

Layihənin məqsəd və mahiyyəti haqqında iştirakçıları məlumatlandıran “Yayım” Assosiasiyası İctimai Birliyinin sədri, “Cənub bölgəsində Qarabağ şəhidlərinin yad edilməsi ilə bağlı tədbirlərin təşkili” layihəsinin rəhbəri Yaşar Zeynalov ölkəmizdə şəhidlərlə, Qarabağ mövzusu ilə bağlı hazırlanan layihələrin Azərbayvan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən həmişə dəstəkləndiyini, bu mövzunun dövlətin ən ümdə maraqlarından biri olduğunu vurğulayıb. O qeyd edib ki, təşkilat son dörd ildə Qarabağ və şəhidlər mövzusu ilə bağlı üçüncü layihəsini gerçəkləşdirir.

Görüşdə Lənkəran rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə, Səfərbərlik üzrə Çağırış İdarəsi Lənkəran rayon Şöbəsinin rəis müavini kapitan Tural Yunisov, yazıçı-jurnalist Mübariz Süleymanlı, bölgədə tanınmış ziyalı-pedaqoq Elsevər Həsənov çıxış edərək şəhid ailə üzüvlərinə belə qəhrəman oğulllar böyütdüklərinə görə minnətdarlıqlarını bildirdiriblər.

Daha sonra şəhid ailə üzvlərinə layihə çərçivəsində hazırlanmış, qəsəbə şəhidlərinin həyatı və Vətənə xidmətlərini fotogörüntülərlə təsdiq edən “İsti su Şəhidləri” albomu hədiyyə olaraq təqdim edilib.

Sonda məktəb şagirdlərinin şəhidlərlə bağlı şeirləri səsləndirilib və xatirə şəkili çəkilib.

Xatırladaq ki, eyni mövzulu tədbir bir neçə gün bundan öncə İstisu qəsəbə orta məktəbində də keçirilib və şəhid ailələrinə albomlar təqdim edilib.

Səid Qərib
İnterpress.az

Lənkəranda Qarabağ şəhidləri yad edilib, şəhid ailələrinə albomlar təqdim olunub - FOTOLAR

Lənkəranda Qarabağ şəhidləri yad edilib, şəhid ailələrinə albomlar təqdim olunub - FOTOLAR

Lənkəranda Qarabağ şəhidləri yad edilib, şəhid ailələrinə albomlar təqdim olunub - FOTOLAR

Lənkəranda Qarabağ şəhidləri yad edilib, şəhid ailələrinə albomlar təqdim olunub - FOTOLAR

Lənkəranda Qarabağ şəhidləri yad edilib, şəhid ailələrinə albomlar təqdim olunub - FOTOLAR

Lənkəranda Qarabağ şəhidləri yad edilib, şəhid ailələrinə albomlar təqdim olunub - FOTOLAR