Yulaf və limon şirəsi maskası:
2 xörək qaşığı bişmiş yulafı püre halına gələnə qədər əzin və 1 xörək qaşığı limon şirəsi əlavə edib qarışdırın. Üzünüzə sürpüb 25 dəqiqə saxlayın. Yuduqdan sonra üzünüzə nəmləndirici krem sürtün.
Portağal maskası:
Portağal qabışını qurudub, un halına gətirin. Sonra ona azca süd əlavə edin və krem halına gələnə qədər qarışdırın. Üzünüzə sürtün, quruduqdan sonra yuyun.
Quru süddən hazırlanan maska:
1 xörək qaşığı bal, limon şirəsi və quru südü qarışdırın. Üzə sürtüb 10 dəqiqə saxladıqdan sonra yuyun.
İnterpress.az