İnterpress.az xəbər verir ki, bu barədə \”The Sun\” məlumat yayıb. Belə ki, dəniz orkestri və ABŞ ordusu hərbi xorunun birlikdə ifa etdikləri himnə Tramp da qoşulub. Xorun ön sırasında dayanan Tramp mahnının yalnız ilk sətrini oxuyub və ağzını yumub. Sonra isə yalnız nəqarətlərdəki “Tanrı Amerikanı qorusun!” ifadəsini təkrarlayıb.
Yayılan video görüntülərdə ABŞ prezidentinin himnin sözlərini unutduğu açıq-aşkar görünür. Bu tragikomik situasiyada ən maraqlı məqam isə, hazırkı ABŞ administrasiyasının vətənpərvərliyini nümayiş etdirmək məqsədilə keçirilən tədbirdə himnin bitməsindən sonra Trampın “Biz ölkəmizi sevirik. Bayrağımıza hörmət edirik. Və milli himnimizi səsləndirərkən həmişə qürurla dayanırıq” sözlərini deməsi olub. (azvision.az)
İnterpress.az