İttiham edilən şəxslər çərşənbə axşamı günü, beynəlxalq əməliyyat nəticəsində həbs olunub, Reuters agentliyi xəbər verir. Reydlərin 21 ünvanda həyata keçirildiyi qeyd olunur.
Belçika prokurorluğu bildirir ki, ABŞ, Almaniya, Fransa, və Hollandiyada da daxil bir neçə ölkədə keçirilən əməliyyatın gedişatında 13 nəfər saxlanılıb.
Aşağı reytinqli tennis oyunlarında matçların öncədən razılaşdırılması barədə şübhələr hələ 2014-cü ildə yaranıb, AFP agentliyinin xəbərində deyilir.
Məlumata görə, son 4 il ərzində ittiham edilənlər onlayn translyasiyanın aparılmadığı aşağı səviyyəli oyunlarda çıxış edən peşəkar tennisçilərə rüşvət veriblər. Razılaşdırlmış oyunların nəticələri bukmeker mərclərində gəlir əldə etmək üçün istifadə olunub.
\”Araşdırma göstərib ki, Ermənistan-Belçika cinayətkar təşkilatı 2014-cü ildən bu günədək peşəkar tennisçilərə fəal şəkildə rüşvət verib\”, Belçika prokuroluğu bildirir.
Aprel ayında tennisdə qanun pozuntularını araşdıran hesabat korrupsiyanın miqyasını \”sunami\” ilə müqayisədə edib. (bbc)
İnterpress.az