Aktrisanın “Alanqoya” (Almıla) obrazı ssenariyə uyğun olaraq ekranlarla vidalaşıb. TRT-də yayımlanan ekran işinin ötən gün yayımlanan bölümündə Almıla ifşa edilib və Ertuğrulun anası Hayme xatın tərəfindən qətlə yetirilib. Bununla da, layihə sezon finalına çıxıb.
Könül sosial şəbəkədə də serial barədə fikirlərini bölüşüb: “Gözəl insanlar, şərhləriniz, arzularınız üçün çox təşəkkür edirəm. Roluma görə bir az əsəblərinizi korladım. Amma köməkliyinizlə xoşbəxt oldum. Alanqoyanı sevmək çətindir, amma onun da inandığı gerçəklər var. Ona haqq qazandıraraq rolunu oynadım və sevdim”. (qafqazinfo)
İnterpress.az