Aygün Səmədzadənin “Azərbaycan”ıbackend

Aygün Səmədzadənin “Azərbaycan”ı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecədə musiqi və rəqs kollektivləri, o cümlədən, xalq artisti Teymur Göyçayevin rəhbərliyi və baş dirijorlugu ilə Qara Qarayev adına Dövlət Kamera orkestri iştirak edəcəklər.

Eyni zamanda, gecədə müğənnilərdən Lalə Məmmədova(Əməkdar artist), Eyyub Yaqubov( Xalq artisti), Rəşad İlyasov (Əməkdar artist), Ayaz Qasımov, Brilliant Dadaşova( Xalq artisti), Leyla İdrisova, Elnur Əhmədov(Əməkdar artist), Nigar Cəlilova, Orxan Cəlilov, Nazim Məmmədov, Emin Bədəlov, Abbas Bagırov(Əməkdar artist), Fidan Süleymanova, Ənvər Sadıqov (Xalq artisti), Vüsal Hacıyev, İlqar Muradov(Əməkdar artist), Aygün Bəylər(Əməkdar artist), Nurlan Növrəsli(Əməkdar artist) və digərləri iştirak edəcəklər.

Gecədə bəstəkarın yeni mahnıları və əsərləri də yer alacaq.

Qeyd edək ki, A.Səmədzadə bu ilin may ayının 27-də ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülüb.

O, yüksək fəxri ada layiq görülməsi ilə bağlı isə bunları bildirib:

“Vətənimi, dövlətimi sevirəm. Torpagımın ətri gələndə kövrələnlərdən biriyəm.

Buradan heç vaxt uzunmüddət ayrı qala bilmirəm. Azərbaycan sevgisi bir başqa. Mahnılarla bitməz. Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına Azərbaycanın ən gözəl,ən özəl, tarixi günündə-Cümhuriyyətin 100 ilinin 1 günündə layiq görüldüyümdən sevincim çox böyükdür.

Mənim kimi ad qazanan bütün layiqli sənət dostlarımı təbrik edirəm.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Azərbaycanın qələbələrinə,inkişafına aparan bütün addımları ugurlu olsun”. (oxu.az)

İnterpress.az