Neftçala sənaye məhəlləsindəki Azərbaycan-İran birgə zavodunda istehsal olunan \”Khazar” avtomobillərinin alışı üçün artıq 40 sifariş daxil olub.
İnterpress.az trend-ə istinadən xəbər verir ki, bunu zavodun sahiblərindən biri olan \”AzərMaş” şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.
O bildirib ki, ilk sifarişçilər dövlət strukturları – İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri olub. Bu günədək zavodda 100-ə yaxın avtomobil istehsal olunub.
E.Axundovun sözlərinə görə, avtomobillərin satışı gələn həftənin əvvəlində başlayacaq. İlk mərhələdə \”Khazar SD” və \”Khazar LD” modelləri satışa çıxarılacaq. Satışlar Bakıda 3 satış mərkəzində həyata keçiriləcək.
\”Khazar SD”-nin satış qiyməti 16 min manat, \”Khazar LD”-nin satış qiyməti 18 min manat təşkil edəcək.
O əlavə edib ki, avtomobilləri 20 faiz ilkin ödənişlə lizinqə və ya 50 faiz ilkin ödənişlə kreditə almaq olar. Aylıq ödəmə 18 faiz təşkil edəcək.
Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına cavab verir.
İnterpress.az