İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.
Sumqayıt şəhərində intihar edən şəxsin kimliyi və hadisənin təfərrüatı məlum olub.
bu, 1982-ci il təvəllüdlü Fuad Qalib oğlu Məmmədovdur.
O, Sumqayıt şəhərində, 10-cu mikrorayon ərazisindəki ofisində özünü kəndirlə asıb. Araşdırmalar nəticəsində Fuad Məmmədovun 5 milyona yaxın borcu olduğu müəyyənləşib. Məhz bu səbəbdən intihar edib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az