AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Robert Pallidino bildirib.
Tarixi sammitin astanasında – iyunun 11-də isə prezident Donald Trampla Sinqapurun baş naziri Li Syan Lun arasında görüş keçirilib. ABŞ prezidenti görüş zamanı KXDR lideri Kim Çen Inla danışıqların “yaxşı” keçəcəyinə inandığını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Ağ Evdən sammitin iyunun 12-də yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 5:00) Sinqapurun Sentosa adasındakı “Capella” mehmanxanasında başlayacağı barədə məlumat verilib.
İnterpress.az