APA-nın şimal bürosunun verdiyi məlumata görə, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb. Hüquq-mühafizə orqanlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
İnterpress.az