Daha bir klub Azərbaycan millisinin futbolçusu ilə müqavilə bağladıbackend

Daha bir klub Azərbaycan millisinin futbolçusu ilə müqavilə bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səbail” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Klubun mətbuat xidmətindən İnterpress.az-a verdiyi məlumata görə, paytaxt təmsilçisi Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovu heyətinə qatıb.

27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ötən mövsüm \”Qəbələ\”də çıxış etmiş Ruslan Qurbanov karyerası ərzində \”Neftçi\”, \”Sumqayıt\”, Rusiyanın \”Rostov\”, \”Nika\”, \”Taqanroq\” və Xorvatiyanın \”Hayduk\” klublarının da formasını geyinib.

İnterpress.az