\”Neftçi\” futbol komandasının yeni baş məşqçisi Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.
İnterpress.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlardan biri ötən mövsüm \”Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədovdur. Digər köməkçi-məşqçi isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.
Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.
İnterpress.az