Qubada orta yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlandı –  FOTObackend

Qubada orta yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İnterpress.az-a verilən məlumata görə, iyunun 11-də gecə saatlarında rayonun Zərdabi kənd sakini Eldəniz Dadaşov döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu ilə daxilə nüfuz edən xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralı dərhal əməliyyat olunub.

Bu barədə Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. “İsti izlər”lə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Kamran Ağasıyev saxlanılaraq qısa vaxta müəyyən edilərək polis şöbəsinə qətirilib.

Araşdırma zamanı o, törətdiyi əməli etiraf edərək, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini bildirib. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Səid Qərib
İnterpress.az

Qubada orta yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlandı -  FOTO