Bu araşdırmada 20 ölkədən 150 qadının məlumatları araşdırılıb.
İnterpress.az Medicina.az-a istinadən xəbər verir ki, 20-21 yaşına kimi doğum etmiş qadınlarda erkəm menopauzaya girmə riski 43% artır. Erkən doğum etmiş və gənc yaşlarından aborta məruz qalmış qadınların əksəriyyəti histerektomiya – uşaqlığın çıxarılması əməliyyatına daha çox məruz qalıb.
Həmçinin bu araşdırma göstərib ki, kasıb ölkələrdə qadınlar daha tez ana olduqları üçün burda menopauza 45-47 yaşından başlayır, amma inkişaf etmiş ölkələrdə orta hədd 55-57-dir.
Eləcə də uşaq və yeniyetməlik dövründə güclü psixi travma alan qızlar da erkən menopauza ilə üzləşir.
Ekspertlər qadın üçün ana olmaq yaşının 23-dən sonra başlamasını ideal hesab edir.
İnterpress.az