İnternetdə Rusiya paytaxtında baş vermiş və insan ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb. Hadisə bu gün səhər Kutuzov prospektində \”Slavyanski bulvar\” metro stansiyasının yaxınlığında baş verib. Qəza nəticəsində bir nəfər ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, insident zamanı avtomobillərdən biri parça-parça olub, sürücü isə pəncərədən çölə uçub. Hər iki maşının təkərləri dağılıb. (sputnik.az)
İnterpress.az