İnterpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tarixi və memarlıq cəhətdən əhəmiyyətli hesab edilən \”Mackintosh\” binasına ciddi zərər dəyib. Yanğın bütün binanı əhatə edib, hətta yanaşı tikililərə də keçib.
İnsan itkisinin olmadığı yanğın artıq söndürülüb.
Qeyd edək ki, oxşar hadisə 2014-cü ildə də baş vermiş, zərər dəyən ərazi bərpa edilmişdi.
\”Mackintosh\” 1897-1909-cu illərdə inşa edilib. Tikilinin müəllifi memar Çarlz Renni Makintoşdur.
İnterpress.az