Bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a rəqib olan “Olimpiya”nın prezidenti Milan Mandariç deyib.
Püşkün nəticəsinə münasibət bildirən 79 yaşlı futbol funksioneri bildirib: “Deyərdim ki, bu, son 10 ildə ən çətin oyunlarımızdan birinə çıxacağıq. “Qarabağ”la matç hansı səviyyədə olduğumuzu bilmək üçün yaxşı sınaq olacaq”.
Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” oyunu iyulun 11-də Lyublyanada keçiriləcək və Bakı vaxtı ilə 22:00-da start götürəcək. Komandalar arasında cavab görüşü isə iyulun 18-də Bakıda olacaq.
İnterpress.az