İnterpress.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Baş nazir qeyd edib ki, Türkiyə və Rusiya mühüm strateji, siyasi və iqtisadi tərəfdaşdırlar:
\”Ankara və Moskva Suriyada böhranın nizamlanması ilə məşğuldurlar. Birləşmiş Ştatların Türkiyədən Rusiya ilə münasibətləri dayandırmağı tələb etməyə haqqı yoxdur\”.
Türkiyə-ABŞ münasibətlərini şərh edən B.Yıldırım bildirib ki, Ankara və Vaşinqton arasında bir sıra problemlərin mövcud olduğu sirr deyil. Onlardan biri ABŞ-ın FETÖ terror təşkilatının lideri Fəthullah Gülənə dəstək verməsidir. (trend)
İnterpress.az