İnterpress.az xəbər verir ki, gecə saatlarında \”Bithumb\” birjasına hücum nəticəsində 30 milyon dollara yaxın məbləğ oğurlanıb.
\”CoinMarketCap\” portalının məlumatlarına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,12% ucuzlaşaraq 6 653 dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti fərqli şəkildə dəyişib. Belə ki, \”Ethereum\” 1,16% və ya 525,07 dollaradək bahalaşıb, \”Ripple\” 1,22% (0,531 dollara qədər), \”Bitcoin Cash\” 0,59% (876,4 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 284,3 milyard dollar təşkil edir və bunun 40 faizi bitkoinin payına düşür. (trend)
İnterpress.az