Şəki sakinini ilan sancıbbackend

Şəki sakinini ilan sancıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyunun 24-də saat 22.00 radələrində rayonun Çələbixan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Niyaməddin Mirzəli oğlu Mustafayev ilan sancması xəsarəti ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, N. Mustafayevi yaşadığı evin həyətyanı sahəsində ilan qəfildən sol ayağın baldır nahiyəsindən sancıb. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan N. Mustafayeva lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

İnterpress.az