İnterpress.az “Report”a istinadən xəbər verir ki, bunu ölkə polisinin Analtik, informasiya və KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.
“Nazik Amiryanın axtarışı üzrə əməliyyat davam edir”, – deyə o vurğulayıb.
Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqləri Nazik Amiryanın həbs olunması barədə qərar qəbul ediblər. Ancaq bir neçə gündür onu tapa bilmirlər.
Qeyd edək ki, Manvel Qriqoryan və onun oğlu – Eçmiadzin şəhərinin keçmiş meri Karen Qriqoryan dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs ediliblər.
İnterpress.az