Bakıda qeyri-adi musiqilərdən ibarət konsert veriləcəkbackend

Bakıda qeyri-adi musiqilərdən ibarət konsert veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təşkilatçıların Modern.az-a verdiyi məlumata görə, konsert tamaşaçıları daxili dünyalarının dərinliyinə aparacaq, onların zövqünü oxşayacaq.

Sanskrit və Azərbaycan dilində bəstələnmiş kompozisiyalar yaradanı və ilahi qüvvəni tərənnüm edir:

“Konsert zamanı tamaşaçılar gözünü yumub rahat və sakit vəziyyətə qərq olacaqlar. Musiqiçi Yogaddin öz dostları ilə insanlara hüzur dolu bir aləmə səyahət etdirəcəklər. Ruhunuza bu hədiyyəni bəxş edin!”.

Konsertdə Yogaddin (Vocal , Qarabağ kamanı), Həsən (Drums & Percussions), Elvin İsmayıllı (Tar, Varqan), Ülviyyə (Back vocal), Fidan (Piano) çıxış edəcəklər.

Konsert saat 17:00 “ETUD Cafe&Bar”da təşkil olunacaq.

İnterpress.az