Apasport.az-ın məlumatına görə, bu, F və E qrupunda mübarizəyə yekun vurulduqdan sonra olub.
Belə ki, F qrupunda 1-ci yeri tutan İsveç E qrupunun ikincisi İsveçrə ilə üz-üzə gələcək. F qrupunun ikincisi Meksika isə E qrupunda lider olan Braziliya ilə 1/4 final uğrunda yarışacaq.
Qeyd edək ki, Braziliya – Meksika matçı iyulun 2-də, İsveç – İsveçrə qarşılaşması isə ondan bir gün sonra keçiriləcək.
İnterpress.az