Fazil Mustafa: “Əhalinin çəkdiyi zülmü doğrudanmı biz görmürük?”backend

Fazil Mustafa: “Əhalinin çəkdiyi zülmü doğrudanmı biz görmürük?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Fazil Mustafa çıxışında dedi ki, adətən, yol polisindən, ictimai nəqliyyatdan və piyadalardan bəhs olunur, amma digər məsələlər unudulur: “Biz bu üç subyektin cəzasını həmişə artırırıq. Dövlət büdcəsinə də müəyən vəsait gəlir. Keçən il düdcədə 2 milyardlıq artım olub. “Bakıxanov” qəsəbəsində metro tikilməliydi. Amma iki il keçib, metro tikintisinə vəsait artrırılmır. Artıq Xırdalan yolu ilə bağlı məsələ də hər birimizi narahat edir. Əhalinin çəkdiyi zülmü doğrudanmı biz görmürük? Minlərlə insan küçələrdə qalıb, alternativ yol yoxdur. Türkiyənin İstanbul şəhərində metro ilə istənilən yerə getmək mümkündür. Üstəlik, avtobuslar üçün ayrıca yol xətləri çəkilib. Həm tıxac yaranmır, həm də vaxtında işə yetişmək mümkün olur. Bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq. Bir yol bağlanıb, əhali zinhara gəlib, vaxtında tədbir görülməlidir! Alternativ yol olmayanadan sonra sürücü neyləsin? Kasıb əhali iş yerinə gəlmək üçün iki-üç marşrut dəyişməlidir, əlavə xərc çəkməlidir. Yaxud hava limanına metro xəttinin çəkilməsi çoxmu çətindir? Niyə adamlar ora taksi ilə getməldir? Bəlkə də bu, kiminsə marağındadır, bilmirəm”. (musavat)

İnterpress.az