İnterpress.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Çallı kəndində qeydə alınıb.
Çallı kənd sakini, 1962-ci il təvəllüdlü Zenfira Ağamirzə qızı Osmanovanı su kanalının yaxınlığında ilan sancıb. Zərdab Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılan qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.
İnterpress.az